“Fənərbaxça”nın ulduzu İtaliya yolunda
17.12.2024 - 17:45
Polşa millisinin və “Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçilərindən “Fiorentina” polşalı yarımmüdafiəçi ilə maraqlanır.
İtaliya təmsilçisinin "Fənərbaxça" - "Atletik" matçında Şimanskini tribunada izlədiyi bildirilib.
Joze Mourinyo isə ən az mövsüm sonuna kimi oyunçunun komandada qalmasını istəyir.
Qeyd edək ki, Şimanski bu mövsüm “sarı-lacivərdlilər"in heyətində çıxdığı 25 rəsmi matçda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- 5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəlib
- Rumıniyalı məşqçi: “Petresku heç vaxt “Qarabağ”a rəqib olmaq istəməz”
- Ayxan Abbasov: "Bizə qarşı olan hakim səhvlərindən əziyyət çəkirik"
- "Fənərbaxça" ardıcıl ikinci dəfə Avroliqa çempionu oldu
- "Trabzonspor"da bir danimarkalı getdi, biri gəlir
0
0