Fernando Torresə vəzifə verildi
28.04.2023 - 12:11
İspaniya millisinin sabiq futbolçusu Fernando Torresin yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis vaxtilə hücumçusu olduğu “Atletiko”da çalışacaq.
Torres Madrid təmsilçisinin əvəzedici komandasının baş məşqçisi təyin edilib. O, bu vəzifənin icrasına yeni mövsümdən başlayacaq. Torres bunadək “Atletiko”nun gənclərdən ibarət komandasında məşqçi kimi çalışıb.
Qeyd edək ki, Madrid klubunun yetirməsi olan sabiq forvard “Liverpul”, “Çelsi”, “Milan” və “Saqan Tosu”da çıxış edib. Dünya və ikiqat Avropa çempionu karyerasını 2019-cu ildə başa vurub.
- "Qəbələ"nin müdafiəçisi: "Juninyoya qarşı müdafiə olunmaq çətindir" - Müsahibə
- Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək
- AFFA Ermənistan - Xorvatiya oyunundakı təxribatla bağlı bəyanat yaydı
- Maqomed Adiyev: "Azərbaycan yığması layiqli rəqibdir"
- Modriç "Real"dan ayrılmağa hazırlaşır
0
0