Fransa klubunun baş məşqçisi bəlli oldu
23.10.2024 - 10:51
![Fransa klubunun baş məşqçisi bəlli oldu](https://apasport.az/storage/news/2024/october/23/big/67189c98a9d5267189c98a9d53172966620067189c98a9d4b67189c98a9d51.jpg)
Fransanın “Monpelye” klubunun yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Jan-Lui Qasseyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəsisslə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Qasse son olaraq ötən mövsümün ikinci dövrəsində “Marsel”ə rəhbərlik edib.
“Monpelye” Liqa 1-də 8 turdan sonra 4 xalla 18-ci sıradadır.
Qeyd edək ki, Liqa 1 komandası “Marsel”ə 0:5 hesabı ilə məğlub olduqdan sonra erməni baş məşqçi Mişel der Zakaryanı qovub.
0
0