Fransada “Qalatasaray”a böyük maraq: Stadion tam dolacaq
03.12.2025 - 17:06
Fransa təmsilçisi “Monako” Çempionlar Liqasının növbəti turunda “Qalatasaray”la oynayacaqları qarşılaşma üçün bütün biletlərin satıldığını açıqlayıb.
Apasport.az xəbər verir ki, matç üçün ayrılan bütün sektorlar artıq dolub və rəsmi satış kanallarında bilet mövcud deyil.
Beləliklə, oyun tam dolu tribunalar önündə baş tutacaq.
“Monako”nun ev oyunlarını keçirdiyi "Stade Louis II" stadionunun tutumu 16.360 nəfərdir.
Qeyd edək ki, “Monako” – “Qalatasaray” qarşılaşması 9 dekabr 2025-ci il tarixində, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
- “Beşiktaş” Yuraseki rənglərinə bağladı - RƏSMİ
- “Sabah”dan son dəqiqə qələbəsi - YENİLƏNİB
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
- Bellingem La Liqada mövsümün oyunçusu seçilib
- Cəzaçəkmə müəssisəsində qadınlar arasında turnir keçirillib
0
0