Gənc futbolçu ilə 9 illik müqavilə imzalanıb
13.08.2024 - 19:37
![Gənc futbolçu ilə 9 illik müqavilə imzalanıb](https://apasport.az/storage/news/2024/august/13/big/66bb7d4ad81e166bb7d4ad81e2172356333866bb7d4ad81dc66bb7d4ad81df.jpg)
"Çelsi" gənc futbolçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu Kol Palmerlə yeni 9 illik müqavilə imzalayıb.
22 yaşlı futbolçunun transfer hüququ 2033-cü ilə qədər "zadəganlara" məxsus olacaq.
Qeyd edək ki, Palmer ötən mövsüm klubunda 45 oyun keçirib, 25 qol, 15 asistə imza atıb.
0
0