Gözlənilən ayrılıq rəsmiləşdi: Neymar doğma klubuna doğru
28.01.2025 - 10:06
Gözlənilən ayrılıq rəsmiləşdi: Neymar doğma klubuna doğru

Səudiyyə Ərəbistanı komandalarından olan "Əl-Hilal" Neymarla yollarını ayırıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçunun müqaviləsinə xitam verildiyi bildirilib.

2023/24 mövsümündə PSJ-dən ayrılan və 90 milyon avro qarşılığında "Əl-Hilal"a keçən Neymarın müqaviləsi mövsümün sonunda başa çatacaqdı.

Zədəsi səbəbindən uzun müddət oynaya bilməyən braziliyalı ulduz bu mövsüm cəmi 2 matçda meydana çıxıb. Neymar "Əl-Hilal"la müqavilə bağladığı mövsümdə Braziliya millisində zədələnmişdi.

Azad agent olan Neymarın doğma klubu "Santos"la müqavilə imzalaması gözlənilir.

Neymar 2009-cu ildə əsas komandasına qoşulduğu "Santos"da 2013-cü ilə qədər oynayıb, daha sonra "Barselona"ya transfer olunub.

Qeyd edək ki, “Əl-Hilal”ın heyətində 7 matçda iştirak edən 32 yaşlı Neymar 1 qol vurub, 3 məhsuldar ötürmə edib.