Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu ötən həftə baş tutan “Qalatasaray” – “Samsunspor” (3:2) matçının son dəqiqələrində baş verən mübahisəli epizodla bağlı fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, o, hakim qərarları ilə bağlı sualı cavablandırarkən meydandakı səhvlərlə VAR otağındakı səhvlər arasında fərq olduğunu vurğulayıb:
“Hakimlərimizin meydandakı insani səhvlərini qəbul edirəm. Amma VAR’dakı səhvləri qəbul etməyim mümkün deyil, çünki onlar ekrana baxaraq qərar verirlər”.
Hacıosmanoğlu bildirib ki, texnologiyanın tətbiq olunmasının əsas məqsədi insan faktorundan yaranan səhvlərin minimuma endirilməsidir. Onun sözlərinə görə, VAR sisteminin mövcud olduğu halda açıq epizodlarda düzgün qərarın verilməməsi qəbulolunmazdır.
Qeyd edək ki, “Qalatasaray” – “Samsunspor” qarşılaşmasının son dəqiqələrində baş verən potensial penalti epizodu futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Nəticədə “Qalatasaray” əleyhinə penalti təyin olunmayıb və görüş meydan sahiblərinin qələbəsilə başa çatıb.
- Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”
- Təyyarə qəzasında həlak olan 13 yaşlı futbolçu ilə vida mərasimi keçirilib - FOTO
- 2024-cü ilin ən yaxşı baş məşqçisi və futbolçusu mükafatına iddialılar bəlli olub
- 115 milyonluq təklif
- Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb