İlkay Gündoğan “Qalatasaray” iddialarına son nöqtəni qoydu
23.06.2025 - 17:05
İlkay Gündoğan “Qalatasaray” iddialarına son nöqtəni qoydu

"Mançester Siti"nin türk əsilli almaniyalı futbolçusu İlkay Gündoğan karyerası ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, “şəhərlilər”in Klublararası Dünya Çempionatında “Əl-Əin” komandasını 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 2 qol ilə fərqlənərək matçın ən yaxşı oyunçusu seçilən almaniyalı futbolçu, adının “Qalatasaray” ilə hallanmasına dair fikir bildirib:

“Mançester Siti" ilə bir illik müqaviləm var və burada çox xoşbəxtəm. Fikrimcə, bunu hər kəs bilir. Özümə yaxşı baxdığım müddətcə yüksək səviyyədə bir neçə il daha oynaya biləcəyimə hələ də inanıram”.

Qeyd edək ki, Gündoğan ötən mövsüm “Barselona”nı tərk edərək “Mançester Siti”yə qayıtmışdı.