İngiltərə millisində CİDDİ İTKİ
28.03.2026 - 11:47
İngiltərə millisinin heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu Fil Foden sıradan çıxıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Uruqvayla keçirilən oyunda (1:1) ayaq biləyindən zədə alan 25 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, İngiltərə millisi növbəti oyununu martın 31-də Yaponiya yığmasına qarşı keçirəcək.
0
0