İngiltərə Premyer Liqası: “Liverpul” və "Çelsi"dən darmadağın
06.05.2024 - 09:17
![İngiltərə Premyer Liqası: “Liverpul” və "Çelsi"dən darmadağın](https://apasport.az/storage/news/2024/may/06/big/6638682cf1e4e6638682cf1e4f17149727166638682cf1e4c6638682cf1e4d.jpg)
Mayın 5-də İngiltərə Premyer Liqasında 36-cı turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, günün ən maraqlı görüşü “Liverpul” və “Tottenhem” arasında baş tutub. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında “Brayton” “Aston Villa”nı 1:0, “Çelsi” isə “Vest Hem”i 5:0 hesabları ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 78-ə çatdıran “Liverpul” üçüncü pillədə qərarlaşıb. London təmsilçisi “Tottenhem” isə 60 xalla beşincidir. Turnir cədvəlinə isə 83 xalla “Arsenal” başçılıq edir.
0
0