"İnter" A Seriyasında rekorda imza atıb
09.04.2024 - 12:37
!["İnter" A Seriyasında rekorda imza atıb](https://apasport.az/storage/news/2024/april/09/big/6614fd280efd46614fd280efd517126515606614fd280efd26614fd280efd3.jpeg)
İtaliya çempionatının 31-ci turunun final matçında "Udineze" üzərində əzmkar qələbə qazanan "İnter" çempionat cədvəlində liderliyini möhkəmləndirib.
Apasport.az xəbər verir ki, çempionat başlayandan bəri ardıcıl 31-ci oyundur ki hər matçda qol vuran "İnter" İtaliya çempionatında yeni rekorda imza atıb. Hazırda klubun aktivində 75 qol var.
Qeyd edək ki, 3-4-cü yerləri tutan "Yuventus" və "Bolonya" cəmi 45 qol vurub. İtaliya A seriyasının növbəti turunda Milan “İnter”i “Kalyari” ilə qarşılaşacaq.
0
0