“İnter”dən 3 illik təklif
28.03.2023 - 13:57
“İnter” Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçinin İtaliya təmsilçisi ilə hazırkı razılaşması 2024-cü ildə bitəcək.
Klubla futbolçu arasındakı danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir. Milanlılar əməkdaşlığın daha üç il artırılmasını təklif edib.
Qeyd edək ki, Türkiyə millisinin kapitanı bu mövsüm “İnter” forması ilə 36 matçda iştirak edərək, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Sumqayıt”ın baş məşqçisi: “İdeal oynamasaq da, səliqəli çıxış etdik“
- Şimanski üçün rekord təklif: Dünyaca məşhur məşqçi onu istəyir
- Azərbaycan millisi Premyer Liqa klubu ilə qarşılaşacaq
- "Beşiktaş"ın yeni transfer hədəfi: braziliyalı müdafiəçi
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb
0
0