İsmail Kartal avtomobil qəzasına düşüb
28.10.2026 - 08:11
“Fənərbaxça”nın sabiq baş məşqçisi İsmail Kartal avtomobil qəzasına düşüb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin “A Spor” telekanalı məlumat yayıb.
Türkiyəli mütəxəssis axşam saatlarında evinə qayıdarkən yol-nəqliyyat qəzası keçirib.
Məlumata görə, qəza nəticəsində nə İsmail Kartal, nə də digər avtomobilin sürücüsü xəsarət alıb.
Hər iki şəxsin səhhətində problem olmadığı bildirilib.
Qeyd edək ki, “Fənərbaxça” dünən İsmail Kartalla yollarını ayırıb.
0
0