![İstefaya göndərdilər, 2 gün sonra qaytardılar](https://apasport.az/storage/news/2023/january/18/big/63c7e4bc1c3fe63c7e4bc1c3ff167404460463c7e4bc1c3fa63c7e4bc1c3fc.jpg)
İtaliya A seriyasında qeyri-adi hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, Davide Nikolanı istefaya göndərən “Salernitana”nın baş məşqçisi müəyyənləşib.
Klub rəhbərliyi unikal addım atıb. A seriyası təmsilçisi iki gün əvvəl istefaya göndərdiyi Nikolanı baş məşqçi vəzifəsinə qaytarıb.
Bunu mütəxəssisin özü açıqlayıb. O, sosial şəbəkə paylaşımında klub prezidentinin zəngindən sonra geri dönməsini razılaşdırdıqlarını bəyan edib: “Klub prezidenti mənə zəng vurdu. Ondan istefam barədə düşünməyi xahiş etdim. O da mənimlə razılaşdı. İndi bütün qüvvəmlə etimadı qaytarmağa çalışacam. Kluba yeni tarixə başlamaq üçün qayıdıram”.
Qeyd edək ki, 2022-ci ilin fevralından “Salernitana”nı çalışdıran mütəxəssis “Atalanta”ya 2:8 hesabı ilə uduzandan sonra istefaya göndərilib.