İtaliya millisinin üzvü “Beşiktaş” yolunda
16.08.2025 - 18:22
"Roma"nın futbolçusu Lorenzo Pelleqrini karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə "Beşiktaş" yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qara qartallar"ın norveçli mütəxəssisi Ule Qunnar Sulşer rəhbərlikdən 29 yaşlı oyunçunun transfer edilməsini istəyib.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Pelleqrini ötən mövsüm "Roma"nın heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol və 3 assistlə yadda qalıb.
- Mariya Stadnik: "Hisslərim izaholunmazdır"
- Çempionlar Liqası: 8 matçla I təsnifat mərhələsinə START
- “Turan Tovuz”dan heç-heçə, "Neftçi" evdə xal itirdi – YENİLƏNİB
- İtalyanlardan İsrailə tarixi etiraz – Himn zamanı görün nə etdilər
- Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək
0
0