“Jirona”da yeni baş məşqçi: Komandanı La Liqaya qaytarmalıdır
23.06.2026 - 17:25
“Jirona”da yeni baş məşqçi: Komandanı La Liqaya qaytarmalıdır

“Jirona”nın yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi Kike Alvareslə 1 illik müqavilə imzalayıb.

Alvares buna qədər “Jirona”nın B komandasını çalışdırıb. O, daha əvvəl “Barselona” akademiyasında, həmçinin “Vilyarreal”, “Alaves” və “Levante” klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “Jirona” ötən mövsüm La Liqanı tərk edib. Komanda yeni mövsümdə Sequndada çıxış edəcək.