Kamara Premyer Liqa klubunda
23.05.2022 - 13:29
“Aston Villa” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Bubakar Kamaranın keçidini rəsmiləşdirib.
Premyer Liqa təmsilçisi Fransa millisinin 22 yaşlı yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalayıb. Kamara “Aston Villa”ya azad agent statusu ilə keçib.
Onun “Marsel”lə müqaviləsi başa çatan mövsümün sonunda bitib. Bubakar “Atletiko” və “Mançester Yunayted”in hədəfində olsa da, Birminhem təmsilçisinə üstünlük verib.
- Hüseyn Məhəmmədov: "Yerli mütəxəssislərə şans vermək daha yaxşıdır"
- Qusarda jurnalistlər arasında zəfər kuboku
- “Mançester Siti” ÇL-da məğlubiyyətsizlik seriyasını uzadıb
- Şahmat üzrə ölkə çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq
- Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
0
0