Kapitan klub tarixində 3-cü oldu
22.10.2022 - 11:19
Fransa çempionatının XII turunda “Ayaçço” ilə oyun PSJ-nin kapitanı Markinyoş üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə 380-ci dəfə fransızların heyətində meydana çıxıb.
28 yaşlı “sambaçı” bu göstərici ilə klub tarixində üçüncü yerə yüksəlib. PSJ-nin heyətində onu yalnız Jan-Mark Pilorj (435 oyun) və Marko Verratti (393) qabaqlayır.
Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-nin formasını geyinir.
- Mövsümün qolunun müəllifi bəlli oldu: Yunus Akgün - VİDEO
- “Ağstafa Gəncləri” II Liqadakı yerini qorudu - YENİLƏNİB
- İranlılardan milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya MƏKTUB
- "Kəpəz" - "Neftçi" matçında qalmaqal: Polis müdaxilə etdi
- Messi: “Tezliklə milli komandadan ayrılacağam”
0
0