“Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
05.11.2026 - 22:50
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Alfred Şröderə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı niderlandlı mütəxəssislə 2027-ci il iyunun 30-na qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Alfred Şröder son olaraq Almaniya millisində köməkçi məşqçi vəzifəsində çalışıb.
“Kasımpaşa” daha əvvəl Emre Belözoğlu ilə yollarını ayırıb.
0
0