![Konfrans Liqasında pley-off cütləri - YENİLƏNİB](https://apasport.az/storage/news/2023/december/18/big/657ff05c6aa8c657ff05c6aa8d1702883420657ff05c6aa8a657ff05c6aa8b.webp)
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirində 1/8 finala vəsiqə üçün mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib.
İsveçrənin Nyon şəhərindəki tədbirdə Avropa Liqasının qrup üçüncülərinə Konfrans Liqasının ikinciləri rəqib olub.
“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) - “Lüdoqorets” (Bolqarıstan)
“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)
“Betis” (İspaniya) - “Dinamo” (Z, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) - “Ferensvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) - “Bodo Qlimt” (Norveç)
“Molde” (Norveç) - “Legiya” (Polşa)
“Makkabi” (H, İsrail) - “Gent” (Belçika)
Qeyd edək ki, pley-off mərhələsi 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. İlk oyunlar Avropa Liqasından gələn klubların meydanında keçirəcək.