"Kruzeyro"da yeni baş məşqçi
22.03.2026 - 21:00
“Kruzeyro”ya yeni baş məşqçi təyinatı reallaşıb.
Apasport.az xəbər verir ki, bu posta Artur Jorgeyə təyin olunub.
Mütəxəssislə 2027-ci ilin sonuna qədər müqavilə imzalanıb. Onun məşqçilər heyətində Andre Kunya, Joao Kardozu, Tiaqo Lopes və Rodriqo Mira yer alacaq.
Xatırladaq ki, Artur Jorge daha əvvəl “Braqa”, “Botafoqo” və “Əl-Rayyan” kimi klublarda çalışıb.
Qeyd edək ki, hazırda “Kruzeyro” 3 xalla Braziliya A Seriyasında 20-ci pillədədir.
- Azərbaycan futbolunda yeni inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib
- Təmsilçimiz Almaniyada finala yüksəldi
- “Sabah” Türkiyədə 4-cü olub
- Qurban Qurbanov: "Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi"
- "Neftçi"nin Konfrans Liqasının pley-offunda potensial rəqibləri azaldı: 4 variant
0
0