"Çelsi"nin müdafiəçisi Mark Kukurella karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Atletiko" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Madrid nəhəngi Kukurellanı mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. "Atletiko" 27 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Çelsi" Markı 2022-ci ilin yayında "Brayton"dan 65 milyon avro qarşılığında transfer edib. İspaniya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
- UEFA-da Bobana vəzifə verildi – Zidan, Ançelotti, Mourinyo bir Şuraya yığıldı
- Misli Premyer Liqasında XVIII turun hakimləri açıqlandı
- Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq
- Alonsonun “Real” azarkeşi olmasının səbəbi
- "Qarabağ" rəhbərliyi heyətin gücləndirilməsini və infrastruktur layihələrini müzakirə edib