La Liqa klubunda yeni rekordçu
20.12.2023 - 10:51
Borxa Mayoral “Xetafe”nin tarixinə düşüb.
Apasport.az xəbər verir ki, hücumçu mövsümün ilk 18 turunda 12 qol vurmaqla klub rekorduna imza atıb.
Mayoral “Atletiko” ilə qarşılaşmada (3:3) dubl müəllifi olub. Bununla da forvard Roberto Soldadonun rekordunu qırıb. Soldado 2009/10 mövsümünün 18 matçında 10 dəfə fərqlənib.
Qeyd edək ki, Borxa La Liqanın bombardirləri siyahısında 2-ci sırada qərarlaşıb.
- UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub
- Azərbaycan Basketbol Liqası: "Sabah"ın finaldakı rəqibi müəyyənləşir
- "Mançester Yunayted" "Everton"un 2 futbolçusu ilə maraqlanır
- "Mançester Siti" və "Bavariya" türkiyəli futbolçu üçün yarışacaq
- "Fənərbaxça" baş məşqçisi ilə yolları ayırıb
0
0