“Latsio”dan “Fənərbaxça”ya - RƏSMİ
09.01.2026 - 00:50
“Latsio”dan “Fənərbaxça”ya - RƏSMİ

"Fənərbaxça" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Latsio"dan Mateo Gendozini transfer edib.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Fənərbaxça” daha əvvəl “Beşiktaş”dan Mert Günoku, “Samsunspor”dan isə Entoni Musabanı heyətinə qatıb.