“Leççe”dən “Mançester Yunayted”ə rədd cavabı
25.01.2025 - 14:03
“Leççe”dən “Mançester Yunayted”ə rədd cavabı

"Leççe" Patrik Dorqu ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub "Mançester Yunayted"in Patrik Dorqu üçün təklifini rədd edib.

"Qırmızı şeytanlar" İtaliya təmsilçisinə 30 milyon təklif ediblər. Lakin bu rəqəm qarşı tərəfi razı salmayıb.

"Leççe" müdafiəçini 40 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Patrik bu mövsümdə 22 oyunda meydanda çıxıb və 3 qol vurub, 1 ötürmə verib.