İngiltərə çempionatında çıxış edən klublar "Atalanta"nın yarımmüdafiəçisi Edersonla maraqlanırlar.
Apasport.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" yanvarda braziliyalını transfer etmək istəyir.
Hər iki klub potensial qış transferini müzakirə etmək üçün oyunçunun menecerinə müraciət edib.
Yarımmüdafiəçiyə əsas namizədlərdən biri də “Mançester Siti”dir.
"Atalanta" isə əsas oyunçusunu qışda satmağı planlaşdırmır, ancaq yayda təklifləri nəzərdən keçirə bilər.
Qeyd edək ki, Edersonun mümkün transferinin dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. 25 yaşlı oyunçunun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
- “Barselona” “Çelsi”nin futbolçusunu istəyir
- "Mançester Siti" ulduz futbolçusu ilə yollarını ayıra bilər
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- "Sumqayıt" "NTD-İNDİQO"ya qarşı
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"