"Liverpul"un futbolçusu Acunun klubunda
10.01.2024 - 16:23
"Liverpul" yarımmüdafiəçisini icarəyə verib.
Apasport.az xəbər verir ki, Mersisayd klubu Fabio Karvalyonun "Hall Siti"yə keçdiyini açıqlayıb.
Portuqaliyalı futbolçu mövsümün qalan hissəsini Çempionşip təmsilçisində keçirəcək. 21 yaşlı futbolçu mövsümün ilk yarısında icarə əsasında "Leypsiq"in şərəfini qoruyub. O alman klubunda 15 matçda meydana çıxıb.
Qeyd edək ki, “Hall Siti” türkiyəli televiziya aparıcısı və iş adamı Acun Ilıcalıya aiddir.
- Azərbaycan boksçuları Dünya kubokunda mübarizə aparacaqlar
- "CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT
- "Arsenal" "İnter"lə matça itki ilə çıxacaq
- Avropa klublarının reytinq cədvəli yenilənib: İlk "20-lik"də 2 türk komandası var
- "Karvan-Yevlax" Füzuli Məmmədovun təyinatını açıqlayıb
0
0