Lorisin keçəcəyi klub dəqiqləşdi
30.12.2023 - 20:35
![Lorisin keçəcəyi klub dəqiqləşdi](https://apasport.az/storage/news/2023/december/30/big/6590506ccf16a6590506ccf16b17039565886590506ccf1686590506ccf169.jpg)
"Tottenhem"in qapıçısı Uqo Lorislə "Los Anceles" arasındakı müqavilənin təfərrüatları məlum olub.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, fransız qapıçının müqaviləsi 2025-ci ilə qədər olacaq.
Bu keçid rəsmi olaraq dekabrın 31-də elan ediləcək. 37 yaşlı dünya çempionu bu transferi yüksək qiymətləndirib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Qeyd edək ki, Loris "Spurs"un heyətində 444 oyun keçirib, 508 qol buraxıb və 151 dəfə qapısını toxunulmaz saxlayıb. 37 yaşlı qolkiper bu mövsümdə iştirak etməyib.
0
0