“Mançester Siti” dünyanın ən bahalı futbol brendidir.
Apasport.az saytı xəbər ki, bunu “Brand Finance” konsaltinq şirkəti öz dəyərləndirməsində açıqlayıb.
Ötən illə müqayisədə klubun dəyəri 13 faiz artaraq, 1,51 milyard avro təşkil edib. Son dörd ildə ilk pillədə qərarlaşan “Real” hazırda 1,46 milyard qiymətləndirilir.
Reytinqdə “Barselona” 1,37 milyard dəyərlə üçüncü pillədə qərarlaşıb. İngiltərənin iki klubu - “Mançester Yunayted” və “Liverpul” “dördlük”də yer alıblar. Bu komandaların dəyəri 1,46 milyard avrodur.
Qeyd edək ki, “Mançester Siti” ardıcıl 3 dəfə İngiltərə çempionu olub və Çempionlar Liqasının finalında oynayacaq.
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- “Lənkəran”ın amerikalı basketbolçusu: "Liqada sözümüzü demək istəyirik"
- “Sabah”dan inamlı qələbə
- III MDB Oyunları: Batut gimnastikası üzrə yarışlara start verilib - FOTO
- Azər Bağırov: “Axır vaxtlar bir az emosional olmuşam”