“Mançester Siti” Zinçenkonu satır
20.06.2022 - 00:33
“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı cinah oyunçusu “Everton”un maraq dairəsindədir.
“Mançester Siti” də Ukrayna millisinin üzvünü satmağın əleyhinə deyil. Ancaq “şəhərlilər” yalnız “Brayton”dan Mark Kukurellanı heyətinə qatarsa, Zinçenkonun gedişinə razılıq verəcək. Oyunçu ilə başqa klublar da maraqlanır.
Qeyd edək ki, Aleksandr Zinçenko 2016-cı ildən “Mançester Siti”də çıxış edir.
- Samir Abasovun mətbuat konfransının vaxtı müəyyənləşib
- Elmar Baxşıyev: “Qarabağ" reklama ehtiyacı olmayan komandadır”
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
- DÇ: Türkiyə yığmasının oyun cədvəlində dəyişiklik edilib
- “Sabah”ın hücumçusu 600 min avrodan imtina etdi - ÖZƏL
0
0