“Mançester Siti”dən 13 milyonluq transfer
16.08.2022 - 15:44
“Mençester Siti” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Mançesterlilər “Anderlext”in sol cinah müdafiəçisi Serxio Qomesi transfer edib. 21 yaşlı ispaniyalı ilə 4 illik müqavilə imzalanıb.
Bu keçid üçün “şəhərlilər” 13 milyon avro ödəyib. “Barselona”nın yetirməsi yayda “Arsenal”a keçən Aleksandr Zinçenkonun əvəzinə transfer edilib.
Qeyd edək ki, Serxio Dortmund “Borussiya”sı və “Ueska”da da oynayıb.
- Pakistan millisinin üzvü Azərbaycana gəlir? - “Qarabağ” hərəkətə keçdi
- Azərbaycan Basketbol Federasiyası məşqçilər üçün nəzəri və praktiki seminar təşkil edib
- Gimnastlarımızdan Belarusda 7 medal
- Məhəmməd Muradlı liderliyini bərpa edib
- Avarçəkənlərimiz “Olimpiya ümidləri” reqatasında iştirak ediblər - VİDEO
0
0