“Mançester Yunayted” 51 il sonra uğursuzluğunu təkrarlayıb
04.11.2024 - 13:08
![“Mançester Yunayted” 51 il sonra uğursuzluğunu təkrarlayıb](https://apasport.az/storage/news/2024/november/04/big/67288dc98322467288dc983225173071098567288dc98322267288dc983223.jpg)
Premyer Liqanın X turu “Mançester Yunayted” üçün antirekordlarla yadda qalıb.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqada ən pis mövsümünü yaşayır.
“Mançester Yunayted” 10 turdan sonra cəmi 9 qol vurub ki, bu da komandanın son 51 ildə ən aşağı göstəricisidir.
“Qırmızı şeytanlar” 1973/74 mövsümündə çempionatın ilk 10 matçında rəqib qapılarına cəmi 9 dəfə yol tapa bilmişdi.
Erik ten Haqın qovulmasından sonra “Mançester Yunayted” müvəqqəti çalışdırıcı Rud van Nistelroyun rəhbərliyi altında Premyer Liqanın ilk oyununda evdə “Çelsi” ilə heç-heçə edib (1:1).
0
0