Mövsümün əvvəlində "Fənərbaxça"dan "Mançester Yunayted"ə transfer olunan Altay Bayındır hələ İngiltərə nəhəngi ilə oynaya bilməyib.
Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, son iddialara görə, 25 yaşlı qolkiper komandadan ayrıla bilər.
Mövsümün əvvəlində “Mançester Yunayted”ə transfer olunan türkiyəli Andre Onananın arxasında ehtiyat oyunçu kimi gözləyib. Kamerunlu qapıçının Afrika Millətlər Kubokuna getməsi ilə gənc qapıçı "Wigan"la matçda "qırmızı şeytanlar"la ilk təcrübəsini yaşamağa hazırlaşır. Ancaq İngiltərə mətbuatında yer alan iddiaya görə, “Mançester Yunayted” mövsümün əvvəlində müqaviləsi uzadılmayan David De Xeanı geri qaytarmağa hazırlaşır.
Qeyd edək ki, De Xea ilə müqavilə imzalanacağı təqdirdə Altayın ayrılmaq qərarına gələ biləcəyi bildirilir.
- Azərbaycanlı qadın şahmatçı Ermənistan təmsilçisinə qalib gəldi
- Şahin Diniyev: “Futbolçular "Neftçi"nin adından qorxdular”
- Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO
- "Real Madrid"in ulduzu ciddi zədə alıb
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər