![“Mançester Yunayted”in oyunundan sonra dava düşdü](https://apasport.az/storage/news/2023/september/20/big/650a8108cbb55650a8108cbb561695187208650a8108cbb53650a8108cbb54.png)
İngiltərə Premyer Liqasının “Mançester Yunayted” - “Brayton” matçından sonra ev sahibi komandanın futbolçuları arasında dava olub.
Apasport.az saytı xəbər verir ki, hesabat turunda “qırmızı şeytanlar”ın rəqibinə 1:3 hesablı məğlubiyyəti soyunub-geyinmə otağında münaqişəyə səbəb olub.
Komandanın kapitanı Bruno Fernandeslə yarımmüdafiəçi Skott Maktominayinin mübahisəsi düşüb. Mərkəz müdafiəçiləri Lisandro Martines və Viktor Lindelöf arasında da dava olduğu bildirilir. Hətta vəziyyət o həddə çatıb ki, komandanın baş məşqçisi Erik ten Hag özü tərəfləri ayırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, arxada qalan beş turda cəmi iki qələbə qazanan “Mançester Yunayted” topladığı 6 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alır.