Məhəmməd Salahdan 2 yeni REKORD
24.12.2024 - 20:31
İngiltərə Premyer Liqası təmsilçisi “Liverpul”un şərəfini qoruyan Məhəmməd Salah daha bir ilkə imza atıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu turnirin tarixində qış fasiləsi ərəfəsində qol və məhsuldar ötürmələrin sayına görə iki rəqəmli ədədlərə çatan ilk futbolçu olub.
Həmçinin misirli forvard Premyer Liqada 4 mövsüm üst-üstə iki rəqəmli ədədlərə çatan ilk oyunçu adına sahib çıxıb.
Qeyd edək ki, Salah bu mövsüm mersisaydlıların heyətində çıxış etdiyi 24 matçda 18 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
- Raul Ermənistan millisinə rəhbərlik edə bilər
- Qurban Qurbanov: “Qalib gəlmək üçün buna ehtiyacımız var” - MÜSAHİBƏ
- Kamran Quliyev: “Çalışırıq ki, ilklər yükünü, öz üzərimizə götürüb aparaq”
- Cüdoçumuz Fransada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
- 3 boksçumuz Qızıl kəmər seriyasının finalında
0
0