Merih Demiral 2 aylıq sıradan çıxdı
23.10.2023 - 20:58
Türkiyə millisinin üzvü əməliyyat olunub.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda forma geyinən Merih Demiral sağ dizindəki zədə səbəbindən əməliyyat edilib.
25 yaşlı arxa xətt oyunçusunun iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Türkiyə millisinin də şərəfini qoruyan futbolçu bu mövsüm komandasının 5 matçında forma geyinib.
Qeyd edək ki, yayda “Əl Əhli”nın düşərgəsinə qoşulan Demiralın klubla müqaviləsi 2026-cı ilə kimi nəzərdə tutulub.
- Naxçıvan təmsilçisinə danışılmış oyunlarla bağlı seminar keçirildi
- “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
- İkardidən Qalatasaray azarkeşlərinə şad xəbər
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Çempionlar Liqası: Tura 7 oyunla start
0
0