Mertensə ərəblərdən təklif var
24.01.2024 - 00:58
![Mertensə ərəblərdən təklif var](https://apasport.az/storage/news/2024/january/23/big/65b0193c7288065b0193c72881170603961265b0193c7287e65b0193c7287f.jpg)
"Qalatasaray"ın belçikalı ulduzu Dris Mertens karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az "Fotomaç"a istinadən xəbər verir ki, futbolçuya “Əl-İttihad”dan təklif gəlib.
36 yaşlı yarımmüdafiəçi hələ ki, ərəb klubuna konkret cavab verməyib.
Xatırladaq ki, Mertens “Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçib.
Onun Türkiyə nəhəngi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
0
0