"Barselona"nın sabiq hücumçusu, hazırda "İnter Mayami"də oynayan Lionel Messi Kataloniya klubunun azarkeşlərinə müraciət edib.
Apasport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 37 yaşlı forvard onlar üçün darıxdığını deyib:
“Barselona" azarkeşlərinə mesajım budur ki, mən sizin üçün çox darıxıram və ümid edirəm ki, tezliklə sizi yenidən görəcəyəm. Siz dünyanın ən yaxşı klubunun bir hissəsi olmaqdan qürur duymalısınız”.
Xatırladaq ki, Messi “Barselona” ilə 10 dəfə La Liqanın, 8 dəfə İspaniya Superkubokunun, 4 dəfə Çempionlar Liqasının və 3 dəfə klublararası dünya çempionatının qalibi olub. Futbolçu İspaniya çempionatının, "Barselona"nın, "İnter Mayami"nin və Argentina millisinin tarixinin bombardiridir.
- Təmkin Xəlilzadə: “İnanıram ki, alnıaçıq şəkildə qayıdarıq”
- “Sabah” 2 oyunda meydana çıxan legionerini yola salacaq
- Borçe Xristov: "Uduzanda da ayağını yerə möhkəm basmalısan"
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- "Yunayted" seriyanı pozdu - Azarkeşin istəyi baş tutmadı