“Messi turniri” keçiriləcək
15.10.2025 - 19:45

Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi gənc futbolçular üçün turnir təşkil edəcək.
Apasport.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesablarında paylaşım edib. Turnir “Messi turniri” adlanacaq.
Artıq “Barselona” klubunun yarışda iştirakı təsdiqlənib.
Dekabrın 9-dan 14-dək keçiriləcək turniri Messinin prodüser şirkəti “525 Rosario” təşkil edəcək.
0
0