Messi turun ən yaxşısı seçilib
08.07.2025 - 12:33

Lionel Messi MLS-də turun ən yaxşı oyunçusu seçilib
Apasport.az xəbər verir ki, argentinalı futbolçu "İnter Mayami"nin "Monreal" üzərində 4:1 hesabı ilə qalib gəldiyi oyunda iki qol vurub və məhsuldar ötürmə edib.
Beləliklə, Messi cari MLS mövsümündə üçüncü dəfə turun ən yaxşı oyunçusu adına layiq görülüb.
Leo "İnter Mayami"dəki karyerası ərzində 9-cu dəfə bu şərəfə layiq görülüb.
Qeyd edək ki, bu mövsüm Messi MLS-də 14 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0