![Messi üçün “ulduzlar keçidi”](https://apasport.az/storage/news/2023/september/04/big/64f5a1b167cae64f5a1b167caf169381931364f5a1b167cac64f5a1b167cad.png)
Lionel Messinin ABŞ çempionatının son turundakı matçı “ulduzlar keçidi”nə səhnə olub.
Apasport. az saytı xəbər verir ki, “İnter Mayami”nin səfərdə “Los Angeles”i 3:1 hesabı ilə məğlub etdiyi oyuna 40-dan çox məşhur sima qatılıb.
Şahzadə Harri, Meqan Markl, reper Tayqa, Cerard Batler, Selena Qomez, Tom Holland, Tobey Maquayr, Lebron Ceyms, Magic Conson, Leonardo Dikaprio kimi tanınmış simalar Los-Angelesdə keçirilən matçda stadiondan izləyiblər. Onlar 2 məhsuldar ötürmə ilə yadda qalan “superulduz”un oyununu birgə alqışlayıblar.
Qeyd edək ki, PSJ-dən ayrıldıqdan sonra ABŞ-na köçən Argentina millisinin kapitanı 11 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.