Messidən möhtəşəm qol, “İnter Mayami”dən qələbə - VİDEO
02.11.2026 - 08:37
Messidən möhtəşəm qol, “İnter Mayami”dən qələbə - VİDEO

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi MLS-də növbəti dəfə diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, argentinalı hücumçu müntəzəm mövsümün 34-cü turunda “Nyu-İnqlend Revolyuşn”la səfər matçında fərqlənib.

Görüş “İnter Mayami”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Daniel Qazdaq açıb. Qonaqlar 69-cu dəqiqədə German Berteramenin qolu ilə bərabərliyi təmin ediblər. Bu qolun ötürməsini Messi verib.

83-cü dəqiqədə isə argentinalı ulduz üç rəqibini keçərək baxımlı qola imza atıb və komandasına qələbə qazandırıb.

Qeyd edək ki, “İnter Mayami” 59 xalla Şərq Konfransında ikinci pillədə qərarlaşıb. Messi isə mövsümdə 26 qolla bombardirlər siyahısına başçılıq edir.