Mikautadzedən "Qalatarasay" açıqlaması
02.01.2025 - 17:28
![Mikautadzedən "Qalatarasay" açıqlaması](https://apasport.az/storage/news/2025/january/02/big/677695d3c6562677695d3c65631735824851677695d3c6558677695d3c6561.jpg)
"Narahat olmağınıza ehtiyac yoxdur".
Apasport.az xəbər verir ki, bunu "Qalatasaray"ın transfer gündəmində olan Jorj Mikautadze İstanbul klubuna transferi ilə bağlı sualı cavablandırarkən deyib.
Mikautadze jurnalistlərə açıqlamasında bu xəbərlə maraqlanmadığını bildirib:
"Lion"a yeni gəlmişəm, təxminən 6 ay əvvəl. Bütün diqqətimi "Lion"a və yanvarın 5-i oynayacağımız matça yönəltmişəm. Danışılanlara fikir vermirəm. Transfer dövrü belədir, narahat olmağınıza ehtiyac yoxdur".
Qeyd edək ki, "Lion" yanvarın 5-də "Monpelye"ni qəbul edəcək.
0
0