“Milan” 38 yaşlı futbolçu ilə yeni müqavilə bağladı
18.06.2022 - 15:53
![“Milan” 38 yaşlı futbolçu ilə yeni müqavilə bağladı](https://apasport.az/storage/news/2022/june/18/big/62ada321ccd3a62ada321ccd3b165554665762ada321ccd3762ada321ccd39.jpg)
Veteran futbolçulara qarşı etibarlı olması ilə seçilən “Milan” ənənəsinə sadiq qalıb.
Apasport.az saytının məlumatına görə, A seriyasının çempionu bu dəfə qapıçısı Antonio Miranteni komandada saxlayıb.
“Rossonyerlər” müqavilə müddəti başa çatan 38 yaşlı qolkiperlə yeni sözləşmə imzalayıb. Bu sazişə əsasən, Mirante 2023-cü ilin yayına qədər İtaliya klubunda qalacaq.
Qeyd edək ki Antonio Mirante ötən ilin oktyabrından “Milan”da çıxış edir.
0
0