"Milan" əfsanəsi İtaliya klubunu çalışdıracaq
07.06.2024 - 11:18
!["Milan" əfsanəsi İtaliya klubunu çalışdıracaq](https://apasport.az/storage/news/2024/june/07/big/6662b38b361056662b38b3610617177445236662b38b361036662b38b36104.jpg)
İtaliya təmsilçilərindən "Latsio"nun və "Milan"ın keçmiş müdafiəçisi Alessandro Nesta "Monza"nın baş məşqçisi olacaq.
Apasport.az xəbər verir, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, 48 yaşlı Nesta ilə A Seriyası təmsilçisi arasında artıq şifahi razılıq əldə olunub.
Alessandro Nesta hazırda B Seriyasında çıxış edən "Reсina"nı çalışdırır. "Monza" isə A Seriyasında 2023/2024 mövsümünü 12-ci yerdə başa vurub.
0
0