“Milan”da yeni müqavilə
09.09.2022 - 11:58
“Milan” futbolçusu Sandro Tonali ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin yeni anlaşması 2027-ci ilədək nəzərdə tutulub.
22 yaşlı futbolçunun illik maaşı 2,8 milyon avroya qədər artırılacaq. Onun indiki müqaviləsi 2026-cı ildə başa çatmalıdır.
Qeyd edək ki, Tonali cari mövsümün 5 oyununda 1 assistə imza atıb.
- Ramin Quliyev: "Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yanlış idi" - Müsahibə
- “Zirə” “Qarabağ”ın çempionluğunu təxirə saldı - YENİLƏNİB
- Krakov-2023: Ağayev 1/8, rəqibi 1/4 finalda uduzdu - YENİLƏNİB
- BŞH media nümayəndələri üçün seminar keçirib
- AFFA rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb
0
0