Milli üzvü karyerasını bitirdi
29.09.2022 - 14:35
Braziliya millisinin sabiq futbolçusu Ramires karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu 35 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.
Sosial şəbəkədə paylaşım edən braziliyalı peşəkar karyerasını bitirdiyini bəyan edib. İndiyədək “Çelsi”, “Benfika”, “Tszyansu Sunin”, “Palmeyras”, “Kruzeyro” və “Joenvil”də çıxış edən Ramires klub səviyyəsində 494 matçda 73 qol vurub.
Qeyd edək ki, yarımmüdafiəçi Braziliya yığmasında 51 oyun keçirib.
- "Yuventus" Premyer Liqadan müdafiəçi almaq istəyir
- Yüksək Liqa: “Neftçi”dən darmadağın
- Mərakeşin qapıçısı “Bavariya”nın maraq dairəsində - 50 milyon avro
- 2022-ci ildə ən çox qazanan idmançıların SİYAHISI
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
0
0