
İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Endi Kerrol qəzaya düşüb.
Apasport.az saytının məlumatına görə, hücumçu idarə etdiyi “Mersedes” cipi ilə ciddi yol-nəqliyyat hadisəsində iştirak edib.
Onun avtomobili “Ford Fiesta” üz-üzə toqquşub. Hər iki avtomobil ciddi əzilib. Qəzadan dərhal sonra digər maşına yaxınlaşan Kerrol oradakıların durumu ilə maraqlanıb. Zərbə güclü olduğundan sürücü və sərnişinlər xəstəxanaya göndərilib.
Polis hər iki sürücünü dindirsə də, heç birini saxlamayıb. Onlar hadisə zamanı içkili olmayıb.
Qeyd edək ki, 33 yaşlı Kerrol hazırda azad agent statusuna malikdir.
- “Qarabağ”ın yeni transferi: “Yeni tarix yazmağın vaxtı gəldi”
- “Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
- “İmişli”dən bəyanat: “Bu gün bizim uğurumuza sevinə bilməyənlər…”
- De Bleker: "Hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər" - Müsahibə
- "Neftçi"nin legioneri milli komandada 2 qolla fərqləndi