Milner rekorda bir addım daha yaxınlaşdı
23.01.2024 - 13:43
![Milner rekorda bir addım daha yaxınlaşdı](https://apasport.az/storage/news/2024/january/23/big/65af7996a98c765af7996a98c8170599874265af7996a98c565af7996a98c6.jpg)
Ceyms Milner Premyer Liqa rekorduna yeniləməyə iddialıdır.
Apasport.az xəbər verir ki, "Brayton"un yarımmüdafiəçisi İngiltərə çempionatında keçirilən matçların sayına görə ikinci pilləyə yüksəlib.
Belə ki, “Vulverhempton”la görüş (0:0) 38 yaşlı futbolçunun turnirdəki 633-cü oyunu olub. Bu göstəriciyə görə, o, Rayan Giqsi (632) qabaqlayıb. Rekordçu isə 653 matçda meydana çıxan Qaret Barridir.
Qeyd edək ki, Milnerin Premyer Liqada debütü 2002-ci ilin noyabrında oynanılan "Lids Yunayted" - "Vest Hem" matçı olub.
0
0