Modriç La Liqada mövsümün rekordunu müəyyənləşdirib
08.12.2024 - 13:24
"Real"ın yarımmüdafiəçisi Luka Modriç "Jirona" ilə görüşdə (3:0) unikal nailiyyətə imza atıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Modriç cari La Liqa mövsümündə hər matçda 100 və ya daha çox dəqiq ötürmə edən ilk yarımmüdafiəçi olub.
Şənbə günü keçirilən görüşdə xorvatiyalı 103 dəqiq ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Luka Modriç 2024/25 mövsümündə La Liqada 16 matçda 3 məhsuldar ötürmə edib.
- “İmişli” 6 futbolçu ilə yollarını ayırdı - RƏSMİ
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
- “Mançester Yunayted” İtaliyadan oyunçu alır
- Bundesliqa: “Bavariya”dan darmadağın
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ
0
0